525.Az

Səfirimiz braziliyalı tələbələrə Qarabağa dair mühazirə oxuyub


 

Səfirimiz braziliyalı tələbələrə Qarabağa dair mühazirə oxuyub<b style="color:red"></b> 4 may Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Braziliyanın Paraiba əyalətinin Paraiba Federal Universitetinin (UFP) Beynəlxalq Əlaqələr fakültəsinin müəllim və tələbə heyəti, həmçinin, onlayn izləyicilər üçün “Müdafiə və Təhlükəsizlik: sosial risklər” adlı tədris kursu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda mühazirə oxuyub. 

525.az-a verilən məlumata görə, xüsusilə, 44 günlük müharibənin gedişi və nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.

Müstəqilliyimizin ilk günlərindən ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, erməni təcavüzü – birinci Qarabağ müharibəsinin nəticəsində 20% ərazilərin işğal olunması və 1 milyona yaxın Azərbaycanlıların öz yurdlarından didərgin düşməsi, gənc dövlətimizin böyük çətinlik və problemlərlə üzləşdiyini  diqqətə çatdırılıb.

İşğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıdması ölkə rəhbərliyimizin hər zaman əsas prioritet məsələsi kimi olduğunu qeyd edən E.Poluxov, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin apardığı müdrik siyasətinin davamçısı olan Prezident İlham Əliyevin ardıcıl və davamlı strategiyası nəticəsində  işğala son qoymaq  və erməni faşizmi üzərində qələbə çalmağın mümkün olduğunu bildirib.

Hazırda azad edilən ərazilərdə aparılan bərpa işlərindən danışan səfir, ilk məcburi köçkünlərin doğma yurdlarına dönmə prosesinə 2022-ci ildən başlanacağı vurğulanıb, yenidən qurma işləri zamanı dağıdılmış ərazilərdə ən müasir texnologiyaların istifadə olunacağı, “ağıllı kənd və şəhər”, “yaşıl enerji” quruculuq prinsiplərin yeridiləcəyi də diqqətə çatdırılıb.

Səfir bu prosesdə Azərbaycana dost olan ölkələrin iştirakının mümkünlüyü və gələcək planlar və perspektivlər haqqında da fikirləri ilə bölüşüb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 





05.05.2021    çap et  çap et