525.Az

Gürcüstanın Baş naziri sabah Azərbaycana səfər edəcək


 

Gürcüstanın Baş naziri sabah Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

525.az-ın xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.

 





04.05.2021    çap et  çap et