525.Az

Papa Fransisk: "Baş verənlər insanlıq üçün utancvericidir"


 

Papa Fransisk: "Baş verənlər insanlıq üçün utancvericidir"<b style="color:red"></b>

Katolik dünyasının ruhani lideri Papa Fransisk yaxın zamanlarda Aralıq dənizindəki gəminin batması səbəbindən həyatını itirənlər barədə danışıb.

525.az xəbər verir ki, keçən cümə günü Liviyanın Tripoli şəhərinin cənub-şərqində 130 nəfərlik qaçqın qayığı batıb. Sığınacaq axtaranların çərşənbə günündən etibarən kömək çağırışı etdikləri müəyyənləşib.

Papa Fransisk  130 qaçqının başına gələnləri düşündükcə istirab çəkdiyini bildirib və bunun insanlıq üçün utanc olduğunu söyləyib:

“130 qaçqın dənizdə boğularaq ölüb. Çox acı çəkdiyimi etiraf etməliyəm. Bu çarəsiz insanlar iki gün kömək üçün fəryad ediblər, amma heç kim onların səsini eşitməyib.Bu, insanlıq üçün utancverici haldır. İndi biz ölən qardaşlarımız üçün yalnız dua etməliyik".

El Roman

 





04.05.2021    çap et  çap et