Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ağdama səfər edib.
525.az APA-ya istinadən xəbər verir ki, rusiyalı deputat Ağdan Cümə məscidində olub.
Qonağa ermənilərin işğal müddətində məscidə vurduğu ziyan, ümumilikdə isə Ağdam rayonunda törətdiyi vandallıq əməlləri və vəhşiliklər barədə ətraflı məlumat verilib.