Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin xanəndə ixtisası üzrə təhsil alan şagirdi İbrahim Qasımov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən "Astana Vision Contest" I Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində uğurla çıxış edib.
Musiqi məktəbinin şagirdi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb. Eyni zamanda, İbrahim Qasımovun müəllimi Bəxşeyiş Mehdiyev, konsertmeysterləri Məhəmməd Hacıyev və Samitxan Mürşüdov təşəkkürnamə ilə təltif olunublar.