525.Az

Slavyan Universitetindən Nizami Gəncəvi tədbiri


 

Slavyan Universitetindən Nizami Gəncəvi tədbiri<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər və ibtidai sinif müəllimliyi fakültəsinin İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədovanın təşkilatçılığı ilə "Nizami Gəncəvi İli"nə həsr olunmuş onlayn tədbir keçirilib.

BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələrdən Vüsalə Qədirova, Gülnaz Əliyeva, Zeynəb Sadıqova, Səbinə Şirinzadə, Jalə Əfəndiyeva, Dilarə Əzizova, Xədicə Səfiyeva, Zemfira Əmirova, Aytac Muradova və Sabrina Qafarova dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

Sonra Nizami Gəncəvinin şeirlərindən parçalar səsləndirilib, şairin əsərlərinə həsr edilmiş musiqi əsərləri dinlənilib.

Tədbirin sonunda İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, dosent Şükufə Ağakişiyeva, kafedranın müəllimləri Zərifə Məmmədova, Sevinc Qarayeva, Arzu Məmmədova tədbir barədə fikirlərini bölüşüb, tələbə-gənclərə maraqlı çıxışlarına görə minnətdarlıqlarını bildiriblər.

 





05.05.2021    çap et  çap et