525.Az

Ermənistan ordusunun hərbçisi ölüb


 

Ermənistan ordusunun hərbçisi ölüb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 4-də saat 20:00-da cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində əsgər silahla davranma qaydalarını pozub. Nəticədə açılan atəşdən başqa bir əsgər - 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 





05.05.2021    çap et  çap et