525.Az

Daha 1080 nəfərdə koronavirus aşkarlandı: 2074 sağalan, 20 ölən var


 

Daha 1080 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">2074 sağalan, 20 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə ümumilikdə 3 289 864 test aparılıb.

 





05.05.2021    çap et  çap et