525.Az

“Ceyhun Bayramovla bir sıra vacib mövzuları müzakirə etdik”


 

“Ceyhun Bayramovla bir sıra vacib mövzuları müzakirə etdik”<b style="color:red"></b>

“Azərbaycanlı həmkarımla bir sıra vacib mövzuları müzakirə etmək imkanım oldu”.

525.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Twitter” hesabında bildirib.

“Azərbaycanlı həmkarımla vacib görüş keçirmək və regional təhlükəsizlik, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və gələcək əməkdaşlıq perspektivləri kimi bir sıra vacib mövzuları müzakirə etmək fürsətim oldu”, - deyə D. Zalkaliani qeyd edib.

 





05.05.2021    çap et  çap et