525.Az

Xüsusi təyinatlı zabitimiz intihar edib


 

Xüsusi təyinatlı zabitimiz intihar edib<b style="color:red"></b>

Vətən müharibəsinin son gününə kimi döyüşlərdə iştirak edən Leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

525.az xəbər verir ki, ailəsinin verdiyi məlumata görə hərbçimiz döyüşlər vaxtı aldığı kantuziyadan əziyyət çəkirmiş.
Ucarın Qaracallı kəndindən olan 1998-ci il təvəllüdlü Leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. O, 2019-cu ildə Türkiyədə xüsusi təyinatlı kursu, kurs birincisi kimi bitirib.

Qeyd edək ki, Nəbizadə Rüfət Ağayar oğlu Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Allah rəhmət etsin!

 





05.05.2021    çap et  çap et