Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Van şəhər meydanında keçirilən mitinqdə çıxış edib.
Çıxış zamanı baş nazirin səsi tam batsa da, o çıxışını sona qədər edib.
Çıxış sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Qeyd edək ki, Türkiyədə martın 30-da bələdiyyə seçkiləri keçiriləcək.