525.Az

Operativ Qərargah brifinq keçirdi


 

Operativ Qərargah brifinq keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirdi.

525.az-ın məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva karantin rejimi tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırdı.

Qeyd edək ki, son sutkada Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 566 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.

Brifinqi buradan izləyə bilərsiniz.

 





06.05.2021    çap et  çap et