525.Az

18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq


 

18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq<b style="color:red"></b>

“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”.

525.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, - bildirib. 

“Son zamanlar vaksinasiyanın mövsümi olması ehtimal edilir. Bununla bağlı ölkəmziin rəsmiləri istehsalçılarla birbaşa danışıqlardadırlar. Ölkəmizə vaksinlərin gətirilməsi təmin ediləcək”.

Onun sözlərinə görə, son günlərdə Sputnik-V vaksini gətirilib:

“Onların da tətbiqinə başlanılır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir".

 

 





06.05.2021    çap et  çap et