525.Az

BMTM Ermənistanın Azərbaycana nifrəti ilə bağlı hesabatı təqdim edib


 

BMTM Ermənistanın Azərbaycana nifrəti ilə bağlı hesabatı təqdim edib<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) rus dilində “Ermənistanda Azərbaycanfobiya: Ermənilərin müharibədən əvvəl və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” başlıqlı hesabatın təqdimatı keçirilib.

525.az-ın xəbərinə görə, təqdimatda çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesabat barədə məlumat verib.

O bildirib ki, hesabat Mərkəzin tədqiqatçısı İlahə Hüseynova tərəfindən erməni dilli mənbələrdən toplanmış faktlara əsasən hazırlanıb, faktların toplanmasında sosial media platformalarındakı rəsmi şəxslərin və adi vətəndaşların hesablarından istifadə olunub, onların paylaşımlarındakı əsas narrativlər təhlil olunub.

Fərid Şəfiyev qeyd edib ki, Ermənistanda Azərbaycanfobiya, ksenofobiya ilə bağlı kampaniyalar aparılıb, lakin bununla bağlı araşdırmalar az aparılıb.

Etnosentrizm, ksenofobiya, millətçiliyin Ermənistanda aparıcı olduğunu xatırladan Mərkəz sədri qeyd edib ki, araşdırmaların nəticəsisə əsasən, nifrət nitqi hökumət səviyyəsində təbliğ olunur: “Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dövrlərdə fərqli fikirlər desə də, bir neçə ay sonra onun da bu kampaniyanın davamçısı olduğu üzə çıxdı”.

F. Şəfiyev onu da qeyd edib ki, Ermənistanda Azərbaycana qarşı nifrət nitqində əsasən aşağıdakı müəyyən narrativlərdən istifadə olunur:

“Azərbaycanlılar qeyri-insan kimi təqdim olunur - "azərbaran". Ermənistan isə xristian dünyasının forpostu kimi təqdim edilir. Eyni zamanda, “erməni soyqırımı” və sivilizasiya yanaşması və bu yanaşmada Ermənistan modern ölkə kimi, Azərbaycan isə orta əsrlər ölkəsi kimi təqdim olunur”.

 





06.05.2021    çap et  çap et