Prezident İlham Əliyev Orxan Faiq oğlu Nəzərlinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın xəbərinə görə, Prezidentin digər sərəncamı ilə O. Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.