525.Az

Heyvanlarla pis rəftara görə həbs cəzası uzadıldı


 

Heyvanlarla pis rəftara görə həbs cəzası uzadıldı<b style="color:red"></b>

İngiltərədə heyvanlara qarşı pis davrananlar üçün həbs cəzası uzadılıb.

525.az xəbər verir ki, Kraliça Elizabetin təsdiqləməsindən sonra yenilənmiş Heyvan Sağlamlığı haqqında Qanun 29 iyun 2021-ci il tarixində qüvvəyə minəcək. Qərara əsasən, hakimlər  it döyüşü, it və pişik balalarına qarşı istismar, itlərin qulaqlarının qanunsuz kəsilməsi və təsərrüfat heyvanlarına qarşı səhlənkarlıqla bağlı keçirilən məhkəmələrdə daha sərt cəzalar tətbiq edə bilərlər. 6 aylıq həbs cəzasını 5 ilə qaldıran qanunla  günahkar olanlara məhdudiyyətsiz pul cəzası da tətbiq edilə bilər.

Verilən məlumata görə, bu baxımdan Avropada ən sərt tənzimləmələrdən biri olan qanun  Finn Qanunu olaraq da bilinir. Adını əməliyyat  zamanı bıçaqlanan polis itindən alan qanununun yenilənməsi sayəsində yalnız xidmətlərdə istifadə olunan it və atlar deyil, digər heyvanlar da qorunacaq.

Firuzə Əliyeva

 





06.05.2021    çap et  çap et