525.Az

Latviya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb


 

Latviya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb<b style="color:red"></b>

Latviya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı deklarasiya qəbul edib.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, “erməni soyqırımı”nın Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyası tərəfindən törədildiyini iddia edən deklarasiya parlamentin Xarici işlər komitəsi tərəfindən hazırlanıb.

Deklarasiya ilə bağlı müzakirələrdədeputat Romans Naudins (Milli İttifaq) bildirib ki,bu cür sənədlər müəyyən nəticələrə səbəb olduğu üçün parlamentlər bunları qəbul etməzdən əvvəl diqqətləqərar verməlidirlər.

O,bu sənədlərin heç birinin tarixçilərlə müzakirə olunmadığını vurğulayıb. R. Naudins əlavə edib ki, deputat həmkarları kifayət qədər yaxşı təhlil etmədikləri məsələlərlə məşğul olur.

Latviyalı parlamentari bu sənədinəleyhinə səs verməyə və payıza qədər yenisini hazırlamağa çağırış edib. R. Naudins bildirib ki, sənəddə bu faciəli hadisələr zamanı ölən digər etnik mənşəli insanlar da qeyd olunmalıdır.

Tarixi hadisələr barədə ətraflı danışan deputat Aleksandrs Kirsteins (Milli İttifaq) də deklarasiyanın qəbul edilməməsinə çağırış edib və belə bir sənədin məhz indi qəbul edilməsinin zəruriliyini anlamadığını bildirib.

Qeyd edək ki, oxşar sənəd bir neçə ay əvvəl də parlamentə təqdim olunsa da, parlamentarilər onu dəstəkləməmişdi.

 





06.05.2021    çap et  çap et