525.Az

Bu tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək


 

Bu tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək <b style="color:red"></b>

"Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib. 2019-2020-ci tədris ilinin 2-ci yarımilində 15209, 2020-2021-ci tədris ilinin 1-ci yarımilində 15900 nəfərin təhsil haqqı ödənilib".

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, 2020-ci ildə ümumilikdə 20800 tələbə bu imkandan yararlanıb:

"Qərarda edilən yeni dəyişikliyə görə, 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur".

SEVİNC

 





06.05.2021    çap et  çap et