525.Az

Daha 844 nəfərdə koronavirus aşkarlandı: 2057 sağalan, 18 ölən var


 

Daha 844 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">2057 sağalan, 18 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib, aktiv xəstə sayı 19044 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə ümumilikdə 3 300 581 test aparılıb.

 





06.05.2021    çap et  çap et