525.Az

Ölkədə bir şagirdi olan iki məktəb var


 

Ölkədə bir şagirdi olan iki məktəb var<b style="color:red"></b>

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

525.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:

"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".

 





06.05.2021    çap et  çap et