525.Az

Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb


 

Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb <b style="color:red"></b>

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.


Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

 





06.05.2021    çap et  çap et