525.Az

Azərbaycan şərqşünasının məqaləsi Rusiya elmi mətbuatında


 

Azərbaycan şərqşünasının məqaləsi Rusiya elmi mətbuatında<b style="color:red"></b>

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və SCOPUS siyahasına daxil olan "Vostok-Oriens" jurnalıda elmi məqaləsi dərc olunub.

Alimin "Taqı əd-Din əl-Məqrizinin "Kitab İğasat al-umma bi-kəşf əl-ğummə (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsi ilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri" məqaləsi jurnalın 2021-ci il 2-ci buraxılışında çap olunub.

Məqalədə orta əsrlər parlaq müsəlman tarixçisi və mütəfəkkiri İbn Xəldunun (1332-1406) şagirdi və davamçısı Təqi əd-Din əl-Məqrizinin (1364-1442) orta əsrlərdə Misirdə  hökumətin bazar münasibətlərinə dair siyasəti barədə nadir məlumatları araşdırılır. Burada Misirdə hökumətin əsas qida məhsullarının bazar qiymətlərinə təsir mexanizmləri açıqlanır.  Məqalədə Taqi əd-Din əl-Məqrizinin həyat yolunun və bürokratik karyerasının əsas mərhələləri təsvir edilir, onun geniş nəzəri biliklərinin Qahirədəki bazar işinin təşkili üçün məsul olan bir məmurun təcrübəsinə söykənməsi isbat edilir. Təbii amilin - Nil çayının illik daşqınlarının kənd təsərrüfatı istehsalına təsiri qiymətləndirilir. Bundan sonra qida bazarının vəziyyətinə mənfi təsiri və təbii səbəbləri azaltmaq üçün hökumət tədbirlərinin təhlili aparılır: dövlət satınalma planının əhəmiyyəti, ticarət rüsumlarının tətbiqi və ləğvi və bazar qiymətlərinə təsir göstərmək üçün digər tədbirlər təsvir edilir. Müsəlman dövlətinin erkən tarixindən bəri hökumətin pul siyasəti ayrıca xarakterizə olunur. İqtisadi böhranların və sosial gərginliyin səbəblərini araşdırarkən müəllif hökmdarın və məmurların şəxsi keyfiyyətlərinin xüsusiyyətlərinə də diqqət yetirir, əhalinin müxtəlif kateqoriyaları arasındakı münasibətlərin psixologiyasını təhlil edir. Əl-Məqrizinin dövlət aparatındakı korrupsiyanın mahiyyəti, meydana gəlməsinin psixoloji tərəfləri, əsas qida məhsulları bazarında böhran vəziyyətinin yaranmasında rolu və ölkədəki siyasi vəziyyətin sabitləşməsi barədə fikirləri indiki ictimai araşdırmalar üçün xüsusi maraq kəsb edə bilir.

 





07.05.2021    çap et  çap et