https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-03/308068_abzgiptskq.jpg Elmi axtarışlarda keçən ömür: professor Nizami Xudiyev
search
28 Mart 2024
27 Mart 2024

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" -  De Byazi

“İşimiz davam edir. Görüləsi çox iş var. Bütün oyunçularımın Azərbaycanda çıxış etməsi məhdudiyyətinə baxmayaraq, komandanın sürətlə böyüməyə ehtiyacı var. Özümü sübut etmək istəyinə güvənirəm”.

525.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində qarşıdakı əvvəlcə planlardan danışıb: "Türkiyə, Belarus, daha sonra Moldova ilə yoldaşlıq oyununa çıxacağıq. Daha sonra sentyabr ayında DÇ-2022-nin seçmə mərhələsində Qətərlə qarşılaşacağıq.

Bunlar qəti sınaqlardır. Türkiyə yığması böyüyür, ölkədən kənarda bir çox oyunçuları var. Öz çempionatlarındakı futbolçular demək olar ki, ehtiyat qüvvə sayılır. Yaxşı nəticələr əldə ediblər. İtaliya yığmasına Avro-2020-nin ilk matçında Türkiyəyə qarşı oyunu asan olmayacaq”.

De Byazi "İtaliya yığmasının baş məşqçisi Roberto Mançini sizdən məsləhət alacaqmı?” sualını belə cavablandırıb:"Əgər onun daha çox məsləhətə ehtiyacı varsa, danışarıq. Amma düşünürəm ki, rəqiblərini izləyə biləcək bir keyfiyyətli müşahidəçi heyəti var".

64 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında komanda sayının az olmasını bildirərək, bunun milli komandaya da mənfi təsir etdiyini qeyd edib: “1991-ci ilədək Azərbaycan komandaları SSRİ çempionatında oynadığı zaman texniki baxımdan müsbət ssenari var idi. İndi Azərbaycanda 8 komandadan ibarət kiçik bir liqa var. Klubların heyətində 6 yerli futbolçu çıxış edir. Onlardan biri də gənc olmalıdır. Azərbaycanlı futbolçu azdır. Buna görə də seçim imkanı yoxdur. Legioner limitinin götürülməsi mənim ziyanıma olsa da, vəziyyəti yaxşıya doğru dəyişər. Çünki onsuz da çox oynadıqları üçün bəzi futbolçular arxayınlıqdan yatıblar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.