525.Az

Mərkəzi Nəbatat Bağının Elmi əsərləri jurnalının növbəti cildi çapdan çıxıb


 

Mərkəzi Nəbatat Bağının Elmi əsərləri jurnalının növbəti cildi çapdan çıxıb<b style="color:red"></b>

AMEA Mərkəzi Nəbatat Bağının Elmi əsərlər jurnalının növbəti  XVIII cildi çapdan çıxıb. 

525.az-a verilən məlumata görə, Toplu Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan bəzək, dərman, efir yağlı kol, ot və çiçək bitkilərinin öyrənilməsinə həsr edilib. Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib.

Nəşrdən bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və kənd təsərrüfatı mütəxəssisləri, doktorantlar, tələbələr, həvəskar bağbanlar istifadə edə bilərlər.

 





07.05.2021    çap et  çap et