525.Az

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır


 

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır<b style="color:red"></b>

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.

525.az APA-ya istinadən xəbər verir ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.

Qeyd olunub ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.

 





07.05.2021    çap et  çap et