Mətbuat nümayəndələrinin işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri davam edir.
525.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişi ilə tanış olublar.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hadrut qəsəbəsinə 1 saat ərzində 60 kub/metr su verilir.
Media nümayəndələrinə Hadrutun su təchizatı ilə bağlı nəzərdə tutulan işlər barədə də ətraflı məlumat verilib.