525.Az

Jurnalistlər Hadrutda görülən işlərlə tanış olublar


 

Jurnalistlər Hadrutda görülən işlərlə tanış olublar<b style="color:red"></b>

Mətbuat nümayəndələrinin işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri davam edir.

525.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişi ilə tanış olublar.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hadrut qəsəbəsinə 1 saat ərzində 60 kub/metr su verilir.

Media nümayəndələrinə Hadrutun su təchizatı ilə bağlı nəzərdə tutulan işlər barədə də ətraflı məlumat verilib.

 





07.05.2021    çap et  çap et