525.Az

AMEA Yüksək Texnologiyalar Parkına yeni icraçı direktor təyin olunub


 

AMEA Yüksək Texnologiyalar Parkına yeni icraçı direktor təyin olunub<b style="color:red"></b>

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yeni vəzifə təyinatı olub.

525.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 6 may 2021-ci il tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur Şirəli oğlu Nəhmətov YT Parkın icraçı direktoru təyin olunub.
Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

 





07.05.2021    çap et  çap et