525.Az

Polimer İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub


 

Polimer İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub<b style="color:red"></b> AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

525.az-a verilən məlumata görə, görüşdə Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın m/ü., k.ü.e.d., prof. Bəxtiyar Məmmədov, baş mühəndis  k.ü.f.d., dosent Tahir Alxazov və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, elmi araşdırmalar depatamentinin rəhbəri, professor Filip Turek, magistr pilləsi üzrə kimya müəllimi Zahra Afrassiabian  iştirak ediblər.

PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təhsil-elm-istehsalat zəncirinin möhkəmləndirilməsinin əhəmiyyətindən, elm və təhsilin inteqrasiyası istiqamətdə rəhbərlik etdiyi institutun universitetlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının vacibliyindən danışıb.

O, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri və təcrübi olaraq dərinləşdirmələri üçün hər cür şəraitin olduğunu bildirib. UFAZ-ın əməkdaşları da öz növbələrində PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıb, əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıblar. 

Tədbirdə PMİ və UFAZ arasında  əməkdaşlıq imkanları müzakirə edilib, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  (ADNSU) və Strasburq Univeriteti (Unistra) ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olunub.

 





07.05.2021    çap et  çap et