525.Az

Tarix üçün yazan kişi


 

Tarix üçün yazan kişi<b style="color:red"></b>

Yaddaşımın küncündən...

 

1990- ilin sonunda Azərbaycan SSR Ali Soveti özünün mətbu orqanını təsis elədi ona yüksək status verdi: qarşıdakı ilin ilk günündən etibarən nəşr olunması nəzərdə tutulan bu qəzet əvvəlki 70 il ərzində Azərbaycandilli mətbu orqanı kimiKommunistqəzetinə həvalə edilmiş missiyanı yerinə yetirməli, sözün bütün mənalarındarespublikanın 1 nömrəli qəzetikimi fəaliyyət göstərməliydi. (Qəzetin elə birinci nömrəsindən ŞƏXSƏN MƏN həmin statusu yazılı şəkildə belə müəyyənləşdirdim: “RƏSMİ DÖVLƏT QƏZETİ”. Artıq 22 ilə yaxındır ki, adı dəyişsə , qəzet məhz bupapaqla çıxır.) Bunun üçün isə hər şeydən əvvəl qəzetin redaksiyası səriştəli, peşəkar jurnalist kadrları ilə komplektləşdirilməliydi...

...Təbii ki, Naxçıvan Muxtar Respublikasında da qəzetin bölgə müxbiri olmalıydı baş redaktor Əfqan Əsgərov redaksiyanın fəaliyyətə başlamasından xeyli qabaq bu vəzifəni istedadlı qələm sahibi kimi uzun illərdən bəri yaxşı tanıdığı, ünsiyyət saxladığıyerli kadraMöhsün Möhsünova həvalə etməyi gərəkli saymışdı.

ZƏRURİ ARAYIŞ: Azərbaycan Dövlət Universitetini fars filologiyası ixtisası üzrə şərqşünas diplomu ilə bitirən Möhsün ixtisasına uyğun tapa bilməyib əzablı axtarışlardan sonra jurnalistikaya gələn peşəkarlardan idi. Arada, təxminən 6-7 il orta məktəbdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında müəllim işlədiyini nəzərə almasaq, 1965-ci ildən 1995-ci il yanvarın 7-  ömrünün son gününədək, özü demişkən, yazı-pozu ilə məşğul olub: Naxçıvan MSSR Televiziya Radio Verilişləri Komitəsində, “Şərq qapısı” (Naxçıvan) qəzetində, “Realinformasiya agentliyində, “HəyatRespublikaqəzetlərində ən müxtəlif vəzifələrdə işləyib. Sovet dövründəGənclikYazıçınəşriyyatlarında çap olunmuş povest hekayələrdən ibarətSüd haqqı”, “Baş tutmadı”, “Səadət özü gəlmir”, “Leyləklər yenə gəldikitablarının, bir neçə pyesin kinossenarinin müəllifidir...

...”Həyatın birinci nömrəsi planlaşdırılarkən təklif elədim ki, yenicə yaradılmış Sədərək rayonu, bu sərhədyanı bölgənin müdafiə qayğıları barədəÖtən ilin yadigarlarırubrikasında söz açmaq pis olmazdı... Təklif bəyənildi icrasına nəzarət baş redaktorun birinci müavini kimi özümə həvalə olundu.

Naxçıvanao vaxtacan üzünü görmədiyim, səsini eşitmədiyim, eləcə müxtəlif qəzet jurnal səhifələrindəM.Möhsünimzalı felyeton hekayələrinə rast gəldiyim bölgə müxbirimizə zəng vurdum. Salam-kəlamıma çox gümrah reaksiya versə , redaksiya tapşırığının icrasını könülsüz boynuna götürdü: “ rayon? Sədərək necə kənd idisə rayonun təşkili barədə fərmandan sonra da eləcə kənd olaraq qalıb. Bir : Naxçıvandan Sədərəkə gedib-qayıtmaq bir belə asandır bəyəm?!. Amma eybi yoxdur, bir şey fikirləşərik...”.

Ümidsizləşdim istər-istəməz təzə müxbirimizin işgüzarlığı barədə bədbin düşüncələrə daldım: “Görünür, gündəlik respublika qəzetinin prinsiplərinə bələd olmayan daha çox yazıçılığa meyil edən jurnalistin bölgə müxbirliyi operativ görməyə hesablanmayıb”. Amma...

Həyatın 1-ci nömrəsində dərc edilmiş ən oxunaqlı materiallardan biri məhz Sədərək rayonu barədəM.Möhsünimzalı yazı oldu.

1992-ci ilin sentyabrınadək bir yerdə işlədik, “Rəsmi dövlət qəzetistatusluHəyatın respublikada 1 nömrəli qəzetə çevrilməsinə nail ola bilməsək vicdanlı, qərəzsiz, həqiqi mənada bütün Azərbaycan cəmiyyətinin qayğılarına, düşüncə əməllərinə ayna tutan, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da cərəyan edən proses hadisələrə operativ reaksiya verən qəzet nəşr etdik. Bilavasitə qəzetdə yaradıcılıq məsələlərinə cavabdeh olan bir şəxs kimi mənim üçün xoş olan məqam oydu ki, o dövr xalq hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəy müsahibələrinin birində müntəzəm oxuduğu iki qəzetdən biri kimiHəyatın adını çəkmişdi... Təbii ki, buna həm Bakıda, redaksiyanın özündə, həm bölgələrdə çalışan əməkdaşlarımızın işgüzarlığı istedadı sayəsində nail olduq. Onların da arasında seçilən 2-3 jurnalistdən biri Möhsün Möhsünovuydu.

Tarixdən məlumdur ki, 1990- ilin iyulunda Heydər Əliyevin Naxçıvana qayıdışı, yerli camaatın onu xilaskar kimi qarşılaması, Azərbaycan parlamentinə alternativsiz deputat seçməsi, daha sonra bu böyük dövlət adamının muxtar respublika Ali Məclisinə sədr seçilməsi Azərbaycanın əzəli parçası olan Naxçıvan torpağına mərkəzi hökumətin münasibətini kəskin şəkildə dəyişmiş, Heydər Əliyevin timsalında bütün Naxçıvan diyarıpersona non-qrataya çevrilmişdi.

Elə həmin vaxtlarda M.Möhsün Naxçıvan Ali Məclisi sədrinin qeyri-rəsmi mətbuat katibi funksiyasını yerinə yetirərək həm Ali Məclisdə keçirilən tədbirlərdə, həm cəbhə bölgələrinə, Türkiyə İrana səfərlərində daim Heydər Əliyevin yanında olur, çıxışlarını diktofona yazır, operativ qəzet yazıları hazırlamaqla yanaşı gələcək kitabı üçün materiallar toplayırdı. Mən təəssüf edirəm ki, M.Möhsün həmin kitabı yazıb nəşr etməyə macal tapmadı: atasının vəfatından sonra qızı Ayselin mənə təqdim etdiyi arxiv materialları, çoxsaylı maqnitofon yazıları ilə tanışlıqdan sonra belə bir yəqinlik hasil etdim ki, həmin kitab Heydər Əliyev ömrünün 90- illər Naxçıvan dövrü barədə əvəzsiz mənbə ola bilərdi.

Həyatqəzetindən sonra təxminən iki aySirdaşqəzetində baş redaktor işlədim. Sonradan özünün dəfələrlə etiraf etdiyinə görə, mənim gedişimlə MöhsünHəyatqəzetindəki Heydər Əliyev ünvanlı yazılarının himayədarını itirmişdidaha həmin yazılar işıq üzü görmürdü, bölgə müxbirinin Naxçıvandan göndərdiyi materialları qəbul edib birbaşa arxivə verirdilər.

Bir dəfəgərək ki, 92-ci ilin sentyabr ayının ilk günləri idimənə zəng vurub İran prezidentinin dəvətiylə onun şəxsi təyyarəsində Heydər Əliyevin qonşu ölkəyə işgüzar səfəri barədə, blokada şəraitində yaşayan döyüşən Naxçıvan üçün taleyüklü əhəmiyyətə malik bu səfər barədə irihəcmli yol qeydləri yazdığını, “rəsmi dövlət qəzetinin isə ona yiyə durmadığını söylədi xahiş elədi ki, həmin yazınıHəyatqəzetinin redaksiyasından götürübbir əncam qılım”. “Sirdaşsırf maarifçi, ədəbi-publisistik qəzetiydi, siyasi mövzuda, siyasət siyasətçilər barədə bircə sətir dərc eləmirdik. Amma Möhsünün xahişini yerə salmadım, həcminin çox iri olmasına baxmayaraq, yazını nömrəyə qoydum. Bu hərəkətimə Möhsünün cavab reaksiyası belə oldu:

Bu yazı Heydər Əliyevə lazımdır, mənə. Onun özü milyon belə yazılar görüb, mən hesab eləyərəm ki, heç bu yazını yazmamışam, elə həmin səfərdə iştirakçı olmağım bəsimdir... Amma tarix üçün lazımdır bu!

Mən bu fikri onun Heydər Əliyevlə bağlı bütün yazılarına, o cümlədən Naxçıvanda dövlət çevrilişinə cəhd (24 oktyabr 1992-ci il), onun səbəbləri, iştirakçıları, gedişi, nəticələri barədə bütün bu proseslərdə Heydər Əliyevin vətəndaş mövqeyi, rəhbər qətiyyəti barədəSəsqəzetində dərc etdirdiyi irihəcmli yazıya, yaxud anadangəlmə bakılı bəstəkar, taleyin hökmü ilə çox gənc vaxtlarından Arazın o tayına köçməyə məcbur olan XX əsrdə Azərbaycanın Üzeyir bəydən sonra ən qüdrətli bəstəkarı, məşhurAyrılıqSalam gətirmişəmmahnılarının müəllifi Əli Səlimi ilə Şimali Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəyə (həmin müsahibəni ilk dəfəSirdaşda, çox-çox sonralar isə təkrarənPanoramaqəzetində dərc etdirmişdim) yüzdə-yüz aid edirəm. Bu yazıların, ələlxüsus, siyasi yazıların tarixi əhəmiyyəti, dəyəri onların məhz vaxtında yazılıb çap etdirilməsində, sözün əsil mənasında obyektiv şahid ifadələri mahiyyəti kəsb etməsindədir.

Yeri gəlmişkən, Naxçıvanın həmin təlatümlü çağlarında, Azərbaycanın bir qrup ziyalısının Heydər Əliyevə məşhur müraciəti həmin müraciətə cavab olaraq, Heydər Əliyevin Yeni Azərbaycan quruculuğu ilə bağlı düşüncələrindən ibarət məktubuSəsqəzetində işıq üzü görən vaxtlarda Möhsün artıq yeni adla – “Azərbaycanadıyla nəşrini davam etdirənrəsmi dövlət qəzetinin əməkdaşı deyildi: 1992-ci il sentyabrın 28- iradi qərarla qəzetin Naxçıvan MR üzrə bölgə müxbiri ştatını... ixtisara salmışdılar – “yuxarıların sözü yazmayan jurnalistin timsalında qədim diyarı onun rəhbərini bu yollayerində oturtmaqistəmişdilər.

...Möhsün isə yazırdı, yazmaya bilmədiyi üçün, Naxçıvanın səsini Azərbaycana çatdırmaq zərurətini qəlbən duyduğu üçün yazırdı. Çap olunmaq naminə Bakıda ən müxtəlif qəzetlərin, bəzən hətta abırlı jurnalistlərin çoxunun imzasını səhifələrində görməyi özünə yaraşdırmadığı qəzetlərin redaksiyalarına da üz tuturdu. Sonuncu halda bizim ərkyana qınaqlarımıza: “Bu yazılardan kimsə xəbər tutmalıdır, ya yox?! Mənim ayrı əlacım yoxdur axı” – sözləriylə özünə bəraət qazandırırdı...

...1995-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucuları ilə görüşü oldu. Mən yalnız o vaxt Möhsünün məşhur “91-lərdən olduğunu bildim. buna təəccüblənmədim: o, ömrü böyu qəlbinin hökmüylə yazmış, düz yola xidmət etmiş, düz sözə imza qoymuşdu. Bu dəfə belə olmuşdu həmişəki kimi yanılmamışdı...

Dekabr 1990 – oktyabr 2012

 





18.10.2012    çap et  çap et