525.Az

Njdenin heykəlinin sökülməsinə göstəriş verildi


 

Njdenin heykəlinin sökülməsinə göstəriş verildi<b style="color:red"></b>

Xocavənddəki erməni faşist kollabrasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verilib.

525.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, göstərişin şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.

Xatırladaq ki, Qaregin Njdenin Xocavənddəki abidəsi Qarabağda döyüş əməliyyatlarının bitməsindən sonra ucaldılıb.

 





07.05.2021    çap et  çap et