525.Az

"Ermənistan azərbaycanlılara qarşı nifrət hissini təbliğ edib"


 

"Ermənistan azərbaycanlılara qarşı nifrət hissini təbliğ edib"<b style="color:red"></b>

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilibvə sosial media vasitəsi ilə fotosu paylaşılıb.

525.az-ın məlumatına görə, bu barədə Ombudsman Səbinə Əliyevanın açıqlamasında bildirilib.

Qeyd edilib ki, bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır:

"Bütün bu kimi faktlar tərəfimdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib".

 





07.05.2021    çap et  çap et