525.Az

“Orienteering Junior Competition” adlı yarış baş tutub


 

“Orienteering Junior Competition” adlı yarış baş tutub<b style="color:red"></b>

7 may Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik yubileyinə həsr olunan səmti müəyyənetmə idman növü üzrə  9-12 yaş qrupları məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

525.az-a verilən məlumata görə, tədbir İçərişəhər ərazisində açıq havada pandemiya qaydaları nəzərə alınaraq keçirilib.

Yarışın əsas məqsədi uşaq və yeniyetmələr arasında Ulu öndər Heydər Əiyevin zəngin irsi ilə tanışlıq,  ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və öyrənilməsi, gənclərə sağlam həyat tərzinin aşılanması, sağlam rəqabətin, liderlik və komanda mübarizəsi ruhunun təbliğindən, dostluq və idman əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub.

Tədbirin əvvəlində  iştirakçılara ümummilli lider  Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən onlayn  sənədli film nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti Ulu Öndərimizin əziz xatirəsini həmişə ehtiramla yad edir.

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar yuniyor qaçışları səmti müəyyənetmə dərnək üzvləri və maraqlanan məktəblilər arasında fərdi və komandalar şəklində ümumilikdə 100 nəfərin iştirakı ilə hibrid formada təşkil olunub. Turnirdə hər komandadan bir nəfər distansiya keçərək, məntəqədə QR kod vasitəsilə qeydə alınıb, digər iştirakçılar isə hərəkətin trayektoriyası prosesini onlayn izləyərək məntəqələri tapmaqda komandalarına köməklik göstəriblər.

 

I, II, III yerlər üzrə  qaliblər fərdi və qrup şəkilində seçilərək,  Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən medal və xatirə hədiyyələri ilə təltif olunub.

 

 





07.05.2021    çap et  çap et