525.Az

Heydər Əliyevin 98-ci doğum günü Polşada qeyd edilib


 

Heydər Əliyevin 98-ci doğum günü Polşada qeyd edilib<b style="color:red"></b>

Cari ilin 6 may tarixində səfir Nərgiz Qurbanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 98-ci doğum gününü qeyd etmək məqsədilə Polşanın ilk paytaxtı olan qədim Qnejno şəhərinə səfər  edib.

525.az xəbər verir ki, səfərin ilk tədbiri olaraq səfir Nərgiz Qurbanova o cümlədən, Qnejno şəhərinin vitse-meri Mixal Povalovski (Michal Powalowskı) və Qnejno şəhər şurasının sədri Mixal Qleyzerin (Michal Glejzer) iştirakı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Roma Papası ikinci Yan Pavelin xatirəsinə 2013-cü ildə Qnejno şəhərində ucaldılmış abidənin önünə birgə gül çələngləri qoyulmuş və xatirə şəkli çəkilib. Daha sonra səfir Polşa və yerli mətbu orqanları olan Radio Plus, TV Gniejno, Radio Poznana müsahibə verib. Səfir müsahibədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin və dövlətçiliyinin bərpasında oynadığı əvəzsiz roldan danışmış Qnejnoda inşa edilmiş abidənin Heydər Əliyevin 90-cı doğum günü ilə əlaqədar inşa edildiyini və Azərbaycan ilə Polşa arasında dostluq əlaqələrini özündə əks etdirdiyini vurğulayıb. Səfirin müsahibəsi daha sonra yerli mətbu orqanlarında yayılıb.


Növbəti olaraq səfir Nərgiz Qurbanova ilə Polşa Katolik kilsəsinin rəhbəri - primatı Voyçex Polak (Wojciech Polak) arasında primatın qərargahında geniş tərkibli görüş keçirilib. Görüşdə eyni zamanda, Qnejno şəhərinin vitse-meri M.Povalovski və Qnejno şəhər şurasının sədri M.Qleyzer iştirak ediblər.


Görüşdə səfir cari ilin 10 may tarixində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 98-ci doğum gününün qeyd edildiyini bildirmiş və onun müstəqil Azərbaycan dövlətçiliyinin quruluşunda müstəsna rolu, ölkəmizin hərtərəfli inkişafında əvəzsis xidmətləri, həmçinin ölkəmizdə katolik icmasına göstərdiyi diqqət barədə danışıb. Səfir Ulu öndərin 1997-ci ildə Polşaya səfəri, H.Əliyevin dəvəti ilə Papa İkinci Yan Pavelin 2002-ci ildə Azərbaycana tarixi səfəri barədə ətraflı məlumat verib.


Daha sonra Azərbaycan Polşa münasibətlərinin tarixi, Azərbaycanda polyak mirası, ölkəmizdə katolik məzhəbi və Qafqaz Albaniyası timsalında xristianlığın qədim tarixi, Papa İkinci Yan Pavelin və Papa Franciskin ölkəmizə səfərlərini qeyd edib. Səfir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri - Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın ölkəmizdə və dünyada bütün dinlərə, o cümlədən katolik mirasına göstərdikləri diqqət və qayğı, xanım M.Əliyevanın rəhbərliyi ilə Vatikanda müqəddəs Pyotr, Sebastyan və Komodilya katakombaları, Vatikan Arxivində orta əsr əlyazmalarının bərpası və digər layihələrin icra edildiyini qeyd edərək sözügedən xeyriyyə fəaliyyətinə xanım M.Əliyevanın Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ilə təltif edildiyini diqqətə çatdırıb.

Primat V.Polak səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək fəaliyyətində uğurlar diləyib. O, Azərbaycanda Polşa mirasına və katolik kilsəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

 





07.05.2021    çap et  çap et