525.Az

Xalq Şairi Musa Yaqub dəfn edilib - Foto


 

Xalq Şairi Musa Yaqub dəfn edilib - <b style="color:red"> Foto</b>

Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

525.az trend-ə istinadən xəbər verir ki, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.

Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.

O 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

 

 





08.05.2021    çap et  çap et