525.Az

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub


 

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 10 paytaxt məktəblisi fərqlənib.

525.az-a verilən məlumata görə, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2 nəfər I, 2 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.

Bakı şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi Riad Hüseynov, 116 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nastya Qəniyeva I dərəcəli, 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Aşumova, 83 nömrəli məktəb-liseyin XI sinif şagird Nərmin Məhərrəmova II dərəcəli diploma layiq görülüblər. Paytaxtdakı 53 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülsüm Aslanova, 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Abbasova, 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi İranə İskəndərli III dərəcəli diplom, 7 nömrəli orta məktəbin X sinif şagirdi Röya Həsənova, 251 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Hüseynli, 327 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlkin Məmişov isə “Tərifnamə” ilə təltif edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında mövcud epidemioloji vəziyyət nəzərə alınaraq videotəqdimat formasında təşkil edilib.

 





08.05.2021    çap et  çap et