525.Az

Banklar “Elektron hökumət” portalının operatorunun hara olduğunu bilmir?


 

Banklar “Elektron hökumət” portalının operatorunun hara olduğunu bilmir?<b style="color:red"></b>

Yolu hansısa bankdan kredit almaqdan keçməyən çox az vətəndaş olar. Bu zaman bank əməkdaşları tərəfindən müştərinin iş yerindən arayışının elektron əldə olunması üçün ərizə formalaşdırılır və müştəri bunu imzalayır. Ərizə “Elektron hökumət” portalından fərdi məlumatların əldə olunması üçün imzaladılır. İKT üzrə jurnalist-ekspert Rəşad Cəfərov banklarda bu ərizənin düzgün ünvana hazırlanmaması barədə feysbuk səhifəsində paylaşım edib.

525.az TED.az-a istinadən paylaşımı olduğu kimi təqdim edir:

“Banklar “Elektron hökumət” portalının operatorunun hara olduğunu bilmir?

Bank, kredit verən zaman iş yerindən arayışın elektron alınması üçün müştəriyə ərizə yazdırır. "Elektron hökumət" portalının operatoru 3 il bundan qabaq dəyişsə də bəzi banklar tərəfindən ərizə hələ də NRYTN-nın Məlumat Hesablama Mərkəzinin adına hazırlanır və müştəriyə imzaladılır. Bir neçə gün öncə bankların birində bu faktla rastlaşdım. Bank əməkdaşına iradımı bildirdim. Bu sənədin hüquqi əsası olmadığını söylədim. Amma məsələni aidiyyatı qurumlar da nəzarətdə saxlamalıdır. Ümid edirəm ki, bütün banklarda vəziyyət bu cür deyil. Qeyd edim ki, “Elektron hökumət” portalının operatorluğu cənab Prezidentin 14 mart 2018-ci il tarixli fərmanı ilə VXSİDA-nin tabeliyində yaradılan Elektron Hökumətin İnkişafı Mərkəzinə verilib.

 

Maraqlıdır ki, bu ərizələr bankın özündə saxlanılır, yoxsa “Elektron hökumət” portalının operatoruna göndərilir?

Banklar gecikmiş də olsa filiallarına “Elektron Hökumət” portalının operatorunun NRYTN-nin Məlumat Hesablama Mərkəzi deyil, VXSİDA-nin Elektron Hökumətin İnkişafı Mərkəzinin olması barədə bildiriş göndərilməlidir.

P.S. İş yerindən arayışın elektron formalaşdırılaraq çap edilib banka təqdim olunması ilə bağlı 3 il öncə hazırladığım sujeti də əlavə edirəm ki, vətəndaşlar nəyə imza atdıqlarının fərqinə varsınlar. Qeyd edim ki, sujet hazırlanan zaman “Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi idi.

Sujetin hazırlanmasına o zaman dəstək göstərən “Kapitalbank”a bir daha təşəkkür edirəm.”

 





08.05.2021    çap et  çap et