525.Az

Xoreoqrafiya Akademiyası müəllimləri təbrik edib


 

Xoreoqrafiya Akademiyası müəllimləri təbrik edib <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İncəsənət xadimləri üçün "Azərbaycan Respublikası Prezidentinin mükafatları"na layiq görülən BXA müəllimlərini təbrik edib.

525.az-a verilən məlumata görə, təbrik mərasimində Akademiyanın Tədirs işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Əziz Qarayusifli, BXA-nın Bəddi rəhbəri, Əməkdar artist Nailə Məmmədzadə, Elmi işlər üzrə prorektor Elmira Pənahlı, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Eteri Cəfərova, BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev, eləcə də mükafata layiq görülən BXA müəllimləri Xalq artisti Yusif Qasımov, Əməkdar müəllim Aqalliyay Pellumb iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ə. Qarayusifli öncə Azərbaycan Respublikası Prezidentinə incəsənət nümayəndlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib: “Ölkə rəhbərliyinə mədəniyyət sahəsinə, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm. Ötən gün Cənab Prezident tərəfindən verilən Sərəncamda Bakı Xoreoqrafiya Akademiyasının aparıcı müəllimlərinin adlarının yer alması əlbəttə ki, bizi çox sevindirdi. Bu diqqətin özü və mütəmadi olaraq, sənət sahəsində çalışan insanların əməyinin yüksək qiymətləndirilməsi ölkəmizdə incəsənətin inkişafına, xoreoqrafiya sənəti ixtisasının nüfuzunun daha da artırılmasına birbaşa müsbət təsir göstərir. Biz ümid edirik ki, BXA-nın gələcək fəaliyyətində də bu kimi nailiyyətlərimiz çox olacaq. Eyni zamanda, Mədəniyyət naziri Anar Kərimovun və Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın da sizə xüsusi təbrikini çatdırmaq istəyirəm. Həm cənab nazir, həm də Sevda xanım Məmmədəliyeva hər birinizin fəaliyyətini yaxından izləyir və sizə gələcək işlərinizdə müvəffəqiyyət arzulayırlar. Bir daha sizi ürəkdən təbrik edirəm”. 

Sonra çıxış edən BXA-nın Bəddi rəhbəri Nailə Məmmədzadə, Elmi işlər üzrə prorektor Elmira Pənahlı, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, İncəsənət fakültəsinin dekan müavini Eteri Cəfərova, BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev də BXA- müəllimlərini təbrik edərək, ən xoş diləklərini bildiriblər.

Daha sonra isə BXA müəllimləri Yusif Qasımov və Aqalliyay Pellumb həm ölkə Prezidentinə, həm Mədəniyyət nazirliyinə, həm də BXA rəhbərliyinə diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 





08.05.2021    çap et  çap et