525.Az

"Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" - Foto


 

"Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" - <b style="color:red">Foto</b>

Mayın 7-də Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu" mövzusunda tədbir keçirilib.

Ulu Öndərə həsr olunmuş guşənin önündə təşkil olunan tədbir çərçivəsində BDU-nun dosenti Rasim Süleymanovun "Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" kitabının təqdimatı da olub.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən güclü siyasi və dövlət xadimidir. Bu böyük şəxsiyyətin irsi xalqımızın milli sərvətidir. Kərim Tahirov çıxışında Ümummilli Liderin Milli Kitabxanaya gəlməsindən, öz şəxsi kitabxanasından 300-dən çox kitabı kitabxanaya bağışlamasından, Ulu Öndərin gənclərin mütaliəsinə böyük dəyər yetirməsindən geniş söz açıb.

Ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının böyük oğlu kimi xarakterizə edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Ümummilli Lider çox zəngin bir ömür yolu keçib. O, hər zaman vətəni Azərbaycanı, onun inkişafını düşünüb və bu yolda ömrünü şam kimi əridib. Məhz onun nəticəsidir ki, bu gün hər bir azərbaycanlı onu böyük hörmət və ehtiramla anır.

Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, BDU-nun Kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti, "Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti" kitabının müəllifi Rasim Süleymanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

 





08.05.2021    çap et  çap et