525.Az

Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarıdır


 

Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarıdır<b style="color:red"></b>

 “Bəzi insanlar üçün ənənəvi tədrisə qayıdış düzgün, bəziləri üçün isə yanlış qiymətləndirilir”.

525.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib

 O deyib ki, Bakı, Sumqayıt, Abşeron, Şəki və Gəncə şəhərlərində yoluxma sayına görə tədris distant formaya keçirilmişdi, qalan bölgələrdə isə ənənəvi tədris davam edirdi: “Təhsil Nazirliyi mümkün olduğu təqdirdə əyani tədrisə qayıtmağın tərəfdarıdır”.

“Valideynlər övladlarını məktəbə göndərmək istəmirsə, məktəbə yazılı müraciət edə bilərlər”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən hər gün, hər saat koronavirusa yoluxma sayı öyrənilir:

“Mayın 17-dən əvvəl əyani tədris mümkün deyildi, ibtidai siniflərin də tətili var idi, növbəti günlərdə isə bayram tətilinə çıxılır. Bu baxımdan ən qısa zamanda yalnız 17 maydan əyani dərslərə qayıtmaq mümkün olur”.

 

 





08.05.2021    çap et  çap et