525.Az

“Qonağım ol” rubrikasının budəfəki qonağı Nicat Kazımov oldu


 

“Qonağım ol” rubrikasının budəfəki qonağı Nicat Kazımov oldu<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov oldu.


525.az xəbər verir ki, “Instagram” sosial şəbəkəsi üzərindən reallaşan görüş çərçivəsində aktyor layihələri, tamaşaları, ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verdi, həmçinin, canlı yayıma qoşulan izləyicilərin “Uşaqlara teatrı necə sevdirməli?”, “Hansı uşaq ədəbiyyatı nümünəsini səhnələşdirmək istərdiniz?”, “ Ən uzun müddət hazırlaşdığınız tamaşa hansı olub? “, “Sizə görə aktyor doğulur, yoxsa sonradan da olmaq olar?”, “Səhnələşdirəcəyiniz tamaşalara əsərləri nəyə əsasən və necə seçirsiniz?”, “Günümüzdə çəkilən film və ya seriallardan izlədiyiniz var mı?” “Sizə görə ən uğurlu tamaşanız hansıdır?”, “Necə oldu ki, bu peşəni seçdiniz?” kimi müxtəlif maraqlı sualları cavablandırdı.


Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

 





08.05.2021    çap et  çap et