525.Az

Türkiyədə bu gün 281 nəfər COVID-19-dan həyatını itirib


 

Türkiyədə bu gün 281 nəfər COVID-19-dan həyatını itirib<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 281 nəfər həyatını itirib.


525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 28 873 nəfər test edilib, onlardan 18 052-nin koronavirus testi pozitiv nəticə verib, 28 896 nəfər sağalıb, 3 175 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 42 746 nəfər ölüb.

Türkiyədə indiyədək 5 016 141 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 691 224 nəfəri müalicə olunaraq evə buraxılıb.

 





08.05.2021    çap et  çap et