525.Az

"9 may - Faşizm üzərində qələbə günüdür" adlı onlayn sərgi


 

"9 may - Faşizm üzərində qələbə günüdür" adlı onlayn sərgi <b style="color:red"></b>

Hər il Azərbaycanda 9 may - Faşizm üzərində qələbə günü kimi qeyd olunur. Çünki Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib.

Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib.

170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, "Fransanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olub, tarixə düşüb.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "9 may - Faşizm üzərində qələbə günüdür" adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin Qələbə Günü haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

 





09.05.2021    çap et  çap et