525.Az

Xəyal Rzanın şeirlər toplusu ingilis dilində


 

Xəyal Rzanın şeirlər toplusu ingilis dilində <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzanın şeirlər kitabı ingiliscə nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb.

"Mütərcim" nəşriyyatı tərəfindən buraxılan kitab tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirlinin "Çağdaş Azərbaycan şeiri ingilis dilində" layihəsi çərçivəsində işıq üzü görüb.

K.Nəzirli layihə haqqında danışarkən "məqsədimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir", - deyib.

Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda, erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

 





09.05.2021    çap et  çap et