525.Az

"Şuşa Azərbaycanın musiqi qalasıdır"


 

GÖRKƏMLİ MUSİQİŞÜNAS, AKADEMİK ZEMFİRA SƏFƏROVANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

"Şuşa Azərbaycanın musiqi qalasıdır"<b style="color:red"></b>

Bu günlərdə "Elm" nəşriyyatında akademik Zemfira Səfərovanın "Şuşa Azərbaycanın musiqi qalasıdır" adlı kitabı çapdan çıxıb.

Şuşanın 270 illiyinə həsr edilmiş kitab iki hissədən ibarətdir. Onun birinci hissəsi XIX-XX əsrin görkəmli alimi, rəssamı və musiqişünası Mir-Möhsün Nəvvab və onun mühüm risaləsi "Vüzuhül-ərqam" haqqındadır. Kitabın 1989-cu ildəki nəşri kiril qrafikası, indiki nəşri isə latın əlifbası ilə olmaqla Azərbaycan dilində təqdim edilib.

İkinci hissə "Şərq musiqisinin peyğəmbəri" adlanır və böyük sənətkar, ustad xanəndə, şuşalı Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunub.

Əsərdə Qarabağ və onun Şuşa şəhərinin Azərbaycan musiqisinin beşiyi olması vurğulanır. Hər iki ustadın şəhərin mədəni, musiqi inkişafında müstəsna rolu göstərilir. Bir çox musiqiçilərimizin, xanəndə və sazəndələrimizin, görkəmli bəstəkarlarımızın, şairlərimizin vətəni olan Qarabağın, Şuşanın mədəni həyatının ümumi mənzərəsinin təsviri əsərin ön sözündə verilir.

 





09.05.2021    çap et  çap et