525.Az

"Qobustan"ın yeni sayı


 

"Qobustan"ın yeni sayı<b style="color:red"></b>

"Qobustan" jurnalının 2021-ci ildə ilk sayı işıq üzü görüb. Yeni say "Qırx sətir" rubrikası ilə açılır və burada Səlim əl-Bəhnəsavinin "Qadının əsl qədrini bilən İslam..." yazısı yer alıb.

Jurnalın "El-Oba" adlı rubrikasında Hüseynqulu Sarabskinin "Köhnə Bakıda Novruz", Hüseynbala Hüseynovun "Dərbənd və Dədə Qorqud", Nazim Rzayevin "Meyxana - söz güləşidir" yazıları çap olunub.

"Sən və Siz" rubrikasında Xalq yazıçısı Anarın "Günlər keçmiş, illər yetmiş oldu..." başlığı altında Rəşid Behbudov haqqında "Baharın səsi", Vasif Adıgözəlovun 70 illiyinə həsr edilmiş "Alın yazısı" və Polad Bülbüloğlu barədə "Bülbülün oğlu Polad" adlı yazıları işıq üzü görüb. Filologiya elmləri doktoru Abid Tahirlinin təqdimatında "Ceyhun Hacıbəyli irsindən bir inci ..."  və Ceyhun Hacıbəylinin "İlk Azərbaycan operası necə yarandı?" yazılarına da burada yer verilib.

Jurnalın "Xatirə çiçəyi" rubrikasında  Aydan Salahzadənin atasının - şair Ələkbər Salahzadənin xatirəsinə həsr etdiyi "Bu il də səni görmədim...", Rizvan Nəsiboğlunun Ə.Salahzadə haqqında "Səsin təbəssümü" yazıları var.

"And yeri"ndə Narıngül Nadirin Xalq artisti Fatma Mahmudova ilə söhbəti və Esmira Nəzərlinin "Şuşalı qız" adlı, Xalq artisti Firəngiz Mütəllimovanın özündən və sənətdən söz açılan yazısı işıq üzü görüb.

"Qələmgah"da N.Nadirin "Biz hamımız sözün belindən gəlmişik" başlığı altında yazıçı Seyran Səxavətlə sorğusu verilib. Ardınca Vaqif Əlixanlının "Selincer dünya ilə barışmadı ki barışmadı..." yazısı dərc edilib.

"Dildən-dilə" rubrikasında Ayna Vaqifqızının tərcüməsində Moşe Smilyanskinin "Əbd ül-Hadi" və "Qan davası" hekayələri çap olunub.

Son rubrika olan  "Dodaqqaçdı"da isə Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabından "Gülməcələr" var.

Aytac ASLAN

 





09.05.2021    çap et  çap et