525.Az

Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir


 

Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir<b style="color:red"></b>

Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu gün böyük sürətlə inkişaf edən və çox qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan müstəqil Azərbaycanın yaradıcısı və memarı olmaqla dövlətimizin və ölkəmizin tarixinə öz adını əbədi olaraq həkk etmişdir.

Heç də təsadüfi deyildir ki, bu gün biz Ulu Öndər Heydərin Əliyevin adını bütün zamanlarda Azərbaycan mədəniyyətinin hamisi və milli mənəvi dəyərlərimizin təssübkeşi kimi yad edirik. Azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsiə qaldıran Ulu Öndər hətta ötən əsrin 70-80-ci illərində milli mədəniyyətimizin inkişafi istiqamətində ciddi addımların atılması ilə mədəniyyətimizin və ədəbiyyatımızın intibah dövrünü yaşamasına nail ola bilmişdir. Belə ki, həmin illərdə Azərbaycan mədəniyyətinin yüksək inkişaf səviyyəsinə çatmasında, Qara Qarayev, maestro Niyazi, Rəşid Bühbudov, Müslüm Moqamayev, Fikrət Əmirov, Tahir Salahov, Toğrul Nərimanbəyov, Arif Məlikov və digər dünya şöhrətli korifey sənətkarlarımızın yetişməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Mədəniyyətimizin bütün istiqamətlərinin, o cümlədən kitabxana sahəsinin inkişafı və müstəqilliyin yaratdığı geniş imkanlar çərçivəsində təkmilləşməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində kitabxanaların normal yaşayıb fəaliyyət göstərməsi üçün normativ-hüquqi bazanın formalaşdırılması, genişmiqyaslı özəlləşdirmə proqramı çərçivəsində kitabxanaların binalarının zəbt olunması və qiymətli kitab fondlarının məhv olmaq təhlükəsindən xilas edilməsi kimi taleyüklü məsələlərin həllində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.

XX əsrin 90-cı illərinndə “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun  və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul olunması məhz Heydər Əliyevin adı ilə bağlı olmuş və bilavasitə onun rəhbərliyi altında həyata keçirilmişdir. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununa kitabxanaların əmlakının, fondlarının və statusunun, xüsusilə onların sovet dövründə yerləşdikləri binalarının  mühafizəsi məqsədilə bir sıra maddələrin daxil edilməsi məhz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kitaba və kitabxanaya böyük dəyər verən Ulu Öndər Heydər Əliyevin göstərişi və tövsiyyələri əsasında həyata keçirilmişdir. Çox təəssüflər olsun ki, hələ 90-cı illərin əvvəlləindəki Milli Məclisdə bir sıra deletant və dırnaqarası “millət vəkillərinin” təkidi ilə həmin qanun layihəsində kitabxanaların əmlakının mühafizəsi məqsədilə nəzərdə tutulan maddələrin çıxarılmasına da nail olunmuşdu və dərhal qanun qəbul olunandan sonra Bakıda və digər şəhər və rayonlarda mədəniyyət ocaqlarına, onların sovet dövründə “guya qanunsuz yerləşdikləri” binalarına kütləvi hücumlar başlanmışdı. Hətta bir sıra rayon kitabxanalarının qiymətli kitab fondlarını küçələrə tökülmək xülyası ilə yaşayanlar da peyda olmuşdular. O vaxtlar qəbul olunan “Dövlət əmlakının Özəlləşdirilməsi haqqında” Qanunu əllərində şirma kimi tutaraq kitabxanalara, muzeylərə və digər mədəniyyət ocaqlarına kütləvi hücumlar başlamıışdı. Belə təhlükəli anda 1998-ci ilin sonunda məhz Ulu Öndərin göstərişi ilə ayrıca özəlləşdirilməsi qadağan olunan obyektlərin siyahısı təsdiq olundu ki, bu obyektlərin də 85 faizi mədəniyyət müəssisələri təşkil edirdi. Ulu Öndərin bu çox ciddi fərmanı ilə mədəniyyət müəssisələrinin, xüsusilə də kitabxanaların “hərraca qoyulması”-nın qarşısı alındı, qiymətli kitab fondlarının dağıdılması hallarına son qoyuldu. 1998-2000-ci illərdə Heydər Əliyevin ciddi tapşırığı ilə Nazirlər Kabineti Milli Kitabxananın və sahəvi elmi kitabxanaların, rayon və şəhər kitabxanaların ststusu və əsasnamələrinin təsdiqi, fondlarının uçotu və mühafizəsi haqqında qərarlar qəbul etdi. Ölkənin çox çətin durumda olduğu vaxtda bütün bunları mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə, kitaba və kitabxanaya yüksək dəyər verən müdrik şəxsiyyət həyata keçirə bilərdi.

Azərbaycan kitabxanalarının flaqmanı, milli mənəvi dəyərlərimizin etibarlı saxlanc yeri və tarixi yaddaşımız hesab olunan Milli Kitabxananın müasir dövrün tələblərinə uyğun inkişafı və yenidən qurulması işlərinin bünövrəsi də 90-cı illərin ikinci yarısında Ulu Öndərin rəhbərliyi altında, bilavasitə onun iştirakilə həyata keçirilmişdir. Milli Kitabxananım Əsasnaməsinin təsdiqi və ona bütün fondlarının və əmlakının toxunuulmazlığını təmin edən yüksək milli statusun müəyyənləşdirilməsi, binasının istifadəyə verildiyi 50 il ərzində ilk dəfə tam şəkildə yenidən qurulması layihəsinin reallaşdırılması və fondunun zənginləşdirilməsi məsələləri də bilavasitə Heydər Əliyevin şəxsi göstərişi və rəhbərliyi ilə həyata keçirilmişdir. 10 illik prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanaya gəlməsi və hər gəlişi ilə bu elm məbədinə bir yenilik, yeni bir abu-hava gətirən Ulu Öndər bu kitabxananı yüksək qiymətləndirərək demişdir: “Mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Kitabxanaya gəlmişik. Kitabxana xalq üçün, milliət üçün, cəmiyyət üçün müqəddəs bir yer, bilik, mənəviyyat və zəka mənbəyidir. Buna görə kitabxanaya daima hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən faktorlardan biridir. Mən vaxtilə də bu kitabxanaya dəfələrlə gəlmişəm. Ancaq bu gün bu kitabxananın Astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi keçirirəm və kitabxanaya, burada çalışan insanlara, burada toplanan kitablara öz hörmətimi, ehtiramımı bildirmək istəyirəm.” Bu dahiyanə fikirlər bu gün də kitaba, kitabxanaya, Milli Kitabxanaya və onun Azərbaycan mədəniyyətinin inkişafıdakı danılmaz roluna verilən ən yüksək qiymət hesab oluna bilər. Və bu qiymətli fikirləri yalnız kitaba, mütaliəyə, kitabxanaya yüksək dəyər verən dahi şəxsiyyət söyləyə bilərdi.

 

Müasir dövrdə Azərbaycan Prspublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün, zamanın tələblərinə uyğun olaraq yenidən qurulması və daha da təkmilləşdirilməsi, kitabxana-informasiya xidmətinin tam avtomatlaşdırılması, innovasiyaların oxucuların informasiya təminatı proseslərinə tətbiqi və Azərbaycanın bütün dünyaya tanıdılması sahəsində görülən bütün işlərin təməlində də məhz Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində kitabxana işi sahəsində böyük uzaqgörənliklə həyata keçirdiyi inqilabi tədbirlər durur.

Bu gün ölkəmizin pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə, müəssissələrin fəaliyyətini dayandırdığı, insanların evdə qalaraq virus təhlükəsindən qorunmağa çalışdığı bir vaxtda Milli Kitabxana öz oxucularının yanında qalaraq onlayn formatda oxuculara kitabxana-informasiya xidmətini davam etdirmişdir. Bütün bunlar məhz innovasiyaların və yeni iş üsullarının, müasir texnologiyaların kitabxana işinə müvəffəqiyyətlə tətbiqi nəticəsində mümkün olmuşdur. Bu müasir texnologiyaların Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə tətbiqinin ilk bünövrəsi də 1999-2000-ci illərdə məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu dövrdə Ərazilərin Bərpası və İnkişafı Agentliyinin və Yaponiya Hökümətinin çox böyük məbləgdə Azərbaycan hökümətinə ayırdığı qrantların da məhz Axundov adına Respublika kitabxanasına verilməsinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Yeri gəlmişkən deyim ki, 1999-cu ilin dekabrında həmin qrantların hansı təşkilatlara verilməsi barədə təkliflərin müzakirə olunduğu kiçik müşavirədə Ulu Öndərin həmin vaxtlarda Baş Nazirin müavini işləyən şəxsə xitabən dediyi bu sözlər indi də mənim xatirimdədir: “Siz Axundov kitabxanasını götürün, “Azərenerji” də, Bakı şəhər İcra hakimiyyəti də özləri pul taparlar!” Bu dahiyanə fikir hər şeyi həll etmiş oldu. Bax, bu idi dahi və müdrik şəxsiyyət olan Heydər Əliyev dühası, onun kitab və kitabxana sevdasınin yüksək nümunəsi!

Həmin dövrdə möhkəm təməli qoyulan və Ulu Öndərin gözəl ideyalarını və əməllərini böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının qərqrları və müdrik göstərişləri sayəsində gündən-günə inkişaf edən və modernləşən Milli Kitabxanamız pandemiya təhlükəsi ilə əlaqədar elan  olunmuş ciddi karantin rejimi şəraitində daima öz oxucularının yanında olmuş, onlara kitabxananın saytının “Elektron kataloq və elektron kitabxana” və “Onlayn xidmətlər” bölmələri vasitəsilə virtual rejimdə xidmət göstərməkdə davam etmişdir. Bir ildən çox davam edən karantin dövründə Milli Kitabxana 3 milyondan artıq oxucuya onlayn rejimdə kitabların elektron çatdırılmasını həyata keçirmişdir.

Ulu Öndərimiz Heydər Əliyevin müstəqillik dövründə Azərbaycanda kitabxana quruculuğunun inkişafına, xüsusilə Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına, xidmət proseslərinin avtomatlaşdırılmasına və modernləşdirilməsinə verdiyi töhfələri, bu kitabxananın fəaliyyətinə və əməkdaşlarının əməyinə verdiyi yüksək qiyməti layiqincə dəyərləndirən Milli Kitabxananın kollektivi bu günlərdə kitabxnanın foyesində xalqımızın böyük oğlunun adına layiq bir gözəl guşə yaratmışdır. Həmin guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur və bu guşə oxucularımızın və kitabxanamızın qonaqlarının ən çox müraciət etdikləri və həvəslə tanış olmaq istədikləri bir məkana çevrilmişdir

Xalqımızın böyük oğlu, dahi azərbaycanlı, memarı olduğu müstəqil Azərbaycanın çiçəklənən və firəvan yaşayan bir ölkəyə çevilməsini daim arzulayan, doğma Qarbağ torpaqlarımızın erməni işğalından azad olunacağına ürəkdən inanan Heydər Əliyevin bu gün ruhu şaddır, çünki onun işıqlı ideyalarını və əməllərini çox böyük uğurla davam etdirən onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan möhtərəm İlham Əliyev xalqın böyük oğlu və xilaskarı Heydər Əliyevin ən böyük arzusunu və müqəddəs vəsiyyətini uğurla yerinə yetirə bilmişdir! 44 günlük Vətən müharibəsində tarixi zəfər çalaraq həm atası və həm də canından çox sevdiyi Vətəni qarşısında öz oğulluq borcunu şərəflə yerinə yetirmişdir!

Əgər XX əsri sonlarında Ulu Öndər Heydər Əliyevi Ulu Tanrı Azərbaycana xalqı qandan-xatadan, ölkəni isə vətəndaş müharibəsindən qurtaran bir xilaskar kimi göndərmişdisə, XXI əsrin əvvvəllərində UluTanrı cənab İlham Əliyevi Azərbaycan xalqının 30 ildən bəri davam edən doğma torpaqlarının erməni işğalından azad olunmasını gerçəkləşdirən ikinci bir xillaskar kimi doğma xalqına bəxş etmişdir! Bunun üçün Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları həmişə Ulu Tanrıya səcdə edəcək, minnətdar olacaqdır!

 





09.05.2021    çap et  çap et