525.Az

"Nüvə müzakirələri uğursuz olarsa, İran yoxlamaları məhdudlaşdıracaq"


 

"Nüvə müzakirələri uğursuz olarsa, İran yoxlamaları məhdudlaşdıracaq"<b style="color:red"></b>

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Müctəba Zünnuri, nüvə müzakirələrinin uğursuz olacağı təqdirdə ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin yoxlamalarını məhdudlaşdıracağını söyləyib.

525.az xəbər verir ki, İran Zünnuri bu günə qədər Vyanada davam edən danışıqlarda ciddi bir irəliləyiş olmadığını bildirib.  "Sanksiyaların ləğvi üçün strateji qanuna görə, bu kilid pozulmasa, Qərbin öz öhdəliklərini yerinə yetirmə fürsəti 24 May (3 Xordad) tarixində sona çatacaq və İran bu qanuna uyğun hərəkət edəcək",-  deyə o bildirib. 

Verilən məlumata görə, BAEA müfəttişlərinin yoxlamalarının qanun çərçivəsində məhdudlaşdırılacağını və nüvə təsislərində ani yoxlamalara icazə verən Əlavə Protokolun da ləğv ediləcəyini xatırladan Zünnuri, "Hazırda Agentliyin kameraları nüvə müəssisələrimizdə oflayn şəkildə fəaliyyət göstərməyə davam edir. Əgər danışıqlar heç bir nəticə verməzsə, bu qeydlər məhv ediləcək və müəssisələrdəki kameralar söndürüləcək ",  fikrini ifadə edib.

Firuzə Əliyeva

 





09.05.2021    çap et  çap et