525.Az

Sosial məsafə və maska qadağası olmadan konsert keçirildi


 

Sosial məsafə və maska qadağası olmadan konsert keçirildi <b style="color:red"></b>

Sosial məsafə və maska qadağası olmadan konsert keçirildi
İngiltərənin Liverpul şəhərində normallaşma müddətində fəaliyyətlərin təhlükəsiz şəkildə necə həyata keçiriləcəyini öyrənmək üçün bir konsert təşkil edilib.

525.az xəbər verir ki, konsert pandemiyanın başlamasından bəri ölkənin ən böyük qapalı tədbiridir. Keçirilməsində əsas məqsəd isə 21 iyun tarixindən sonra yay festivallarının necə keçiriləcəyini anlamaq üçün təşkil edilib. Sosial məsafə və tibbi maska məvburiyyəti kimi qaydaların olmadığı konsertə 5 min nəfər qatılıb. Bilet alan hər kəsdən konsertdən bir gün əvvəl COVID-19 testi vermələri istənilib. Test nəticələri neqativ çıxanlar konsertdə iştirak edib.

Bundan əlavə, konsertə gələn tamaşaçılardan tədbir günü və tədbirdən 5 gün sonra daha həssas nəticələr verən PCR testlərinin aparılması istənilib. Alimlər tədbirdə tamaşaçı hərəkəti və qarşılıqlı təsir, havalandırma, müddət, qida və spirt istehlakı kimi məsələləri də araşdırıblar.

El Roman

 





09.05.2021    çap et  çap et