525.Az

İlk dəfə 3D printerlə ev inşa edildi


 

İlk dəfə 3D printerlə ev inşa edildi<b style="color:red"></b>

Avropanın Eyndhoven Texniki Universitetinin hazırladığı bir layihə çərçivəsində ilk dəfə 3D printerlə ikimərtəbəli ev inşa edilib. Evin ilk sakinləri Amsterdamda yaşayan təqaüdçü cütlük Eliz Lutz və Harri Dekkers olub.

525.az xəbər verir ki, yeni evdə ilk günlərini keçirən cütlük, avqust ayından etibarən tamamilə evə köçəcəklərini bildirib. Müxbirlərə danışan cütlük evdə diqqət çəkən ilk detalın səs sistemləri olduğunu vurğulayıb. Lutz, səs və istilik izolyasiyasını müsbət qiymətləndirib. Həyat yoldaşı Dekkers isə evdə özünü bir sığınacaqda olduğu kimi təhlükəsiz hiss etdiyini bildirib.

Layihə rəhbəri Teo Salet, 3D printerlə hazırlanan evin 30% daha az materialla inşa edildiyini bildirib. Eyndhovendəki bir fabrikdə istehsal olunan 94 kvadratmetrlik evin divarlarını çap etmək təxminən 120 saat çəkib.

El Roman

 





09.05.2021    çap et  çap et